"Krayova" - "Səbail" matçının vaxtı bəlli oldu

10:39 29 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Krayova" (Rumıniya) - "Səbail" matçının vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, iyulun 18-də Rumıniya keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Oyun Krayovadakı "Yon Oblamenko" stadionunda baş tutacaq.Komandaların ilk oyunu Bakıda keçiriləcək. İyulun 11-i "Bayıl Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək.

 

"Səbail" mərhələ adlasa, II təsnifat mərhələsində "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti