"Neftçi" ukraynalılara məğlub oldu

17:41 30 İyun 2019

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" Türkiyə toplanışı çərçivəsində son yoxlama görüşünə çıxıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Roberto Bordin yetirmələrini "Vorskla" ilə qarşılaşmada sınayıb. Ukrayna təmsilçisi ilə oyun "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub. 5 qolun vurulduğu matçda ukraynalılar 3:2 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, toplanış çərçivəsində "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniya klubu "Politexnika İaşi” ilə görüşü güclü dumana görə 11-ci dəqiqdə dayandırılmışdı. Paytaxt təmsilçisi sabah vətənə dönəcək.

 

 

Yoxlama görüşü

30 iyun

 

Neftçi (Azərbaycan) - Vorskla (Ukrayna) 2:3

Qollar: Vangelis Platellas, 29. Dario Frederiko, 33.

Neftçi: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko (7.Namik Ələskərov, 57), 11.Vanqelis Platellas (17.Rəhman Hacıyev, 57), 19.Rauf Əliyev (80.İsmayıl Zülfüqarlı, 70), 25.Kirilo Petrov (3.Mamadu Mbodj, 57), 26.Ömər Buludov (18.Tural Axundov, 57), 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 85.Şöhrət Yusifov.


Digər xəbərlər

Xəbər xətti