"Keşlə" növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi moldovalı qapıçı Stanislav Namaşko ilə müqavilə imzalayıb. 32 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
Moldova millisinin üzvü 2014-2016-cı illərdə AZAL klubunda Tərlan Əhmədovun rəhbərliyi altında çıxış edib.