"Fənərbaxça" İran millisinin üzvünü transfer etdi

21:00 1 İyul 2019

"Fənərbaxça" heyətinə yeni futbolçu qatıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi iranlı hücumçu Allahyar Səyyadmaneşlə anlaşıb. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Keçidə görə transfer haqqı ödənilməyib.

 

Qeyd edək ki, gənc forvardın son klubu "İstiqlal" olub. Bu il İran millisində debüt edən ilk oyununda qol vurub.


Digər xəbərlər

Xəbər xətti