"Sabah"ın məşqçilər heyətində yeni təyinatlar olub.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Pavel Sirenko fiziki hazırlıq üzrə məşqçi təyin olunub.Gənc məşqçi Aleksandr Qross isə komandada köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Aleksandr Qross futbolçu karyerası ərzində Bakı "İnter"ində, "Sumqayıt" və "Neftçi"də çıxış edib, U-15, U-17, U-19 və U-21 millilərimizə dəvət alıb.