“Qəbələ”dən növbəti transfer

16:36 4 İyul 2019

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qyed edək ki, Kouakou 2007-ci ildə “Anderlext" Futbol Akademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə “Anderlext”dən ayrılan forvard "Muangtong Yunayted"lə (Tailand) müqavilə bağlayıb. Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. O, daha sonra Fransanın "Tours" klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) tər tökən hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb. Daha sonra Kristian Fransada "Kaen" və "Nimes Olimpik" kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.


Digər xəbərlər

Xəbər xətti