Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynov “CBC Sport”da yayımlanan “İmza” verilişinin qonağı olub.
Sportarena.az xəbər verir ki, millimizin sabiq futbolçusu verilişdə Azərbaycan yığmasının 1996-cı ildə İsveçrə millisi üzərində qazandığı qələbədən danışıb.Bakıda ilk qalibiyyətindən danışan Hüseynov bildirib ki, həmin zəfərə görə AFFA-nın mərhum prezidenti Fuad Musayev ona maşın vəd edib.