"Qarabağ"ın müdafiəçisinin durumuna aydınlıq gəldi

10:42 5 İyul 2019

“Viktoriya” ilə yoxlama matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib. 

 

Sportarena.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq. 

 

Onun adının iyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti