"Partizani" - "Qarabağ" oyununa təyinatlar açıqlandı

16:16 5 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın baş hakimi islandiyalı Holvardur Arnason olacaq. 37 yaşlı referiyə Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson yardım edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.

 

Qeyd edək ki, Tiranada keçiriləcək "Partizani" - "Qarabağ" oyunu iyulun 10-u Bakı vaxtı ilə 19.30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti