“Keşlə”dən rəsmi transfer

16:31 5 İyul 2019

“Keşlə” növbəti transfer həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.Belə ki, klub rəhbərliyi ilə qapıçı Stanislav Namaşko arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moldova millisinin üzvü ilə müqavilə 1+1 şərti ilə bağlanıb.

 

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına dəvət almaqla yanaşı, "Tiraspol", "Şerif", "Dinamo-Avto", həmçinin "Kuban (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Monteneqro) komandalarında da çıxış edib. Onun son klubu Monteneqro klubu "Zeta" olub.


Digər xəbərlər

Xəbər xətti