İtaliyanın “Yuventus” klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, Turin təmsilçisi Türkiyə millisinin üzvü Merih Demiralı heyətinə qatıb.21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün son İtaliya çempionu türk oyunçunun müqavilə ilə məxsus olduğu “Sassuolo”ya 18 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, M.Demiral ötən mövsümün qış fasiləsində “Alanyaspor”dan İtaliya klubuna keçmişdi.