Rəşad Sadıqov “Partizani”yə qarşı oynayacaq?

11:19 6 İyul 2019

 “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ümumi məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, o, dünən komanda ilə hazırlıqlarda iştirak edib. 37 yaşlı müdafiəçi son məşqlərin birində zədələndiyi üçün onun Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Partizani” ilə ilk matçda meydana çıxması sual altında idi. Amma zədəsini tez sağaldan Rəşadın  Albaniya klubu ilə ilk görüşdə iştirak ehtimalı yüksəkdir.

 

Xatırladaq ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.


Digər xəbərlər

Xəbər xətti