Azərbaycan yığmasının üzvü Ramil Şeydayev yeni klubu Moskva “Dinamo”sunda ikinci oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, 23 yaşlı hücumçu Çexiyanın “Slovan” (Liberets) klubu ilə yoxlama görüşündə iştirak edib. Matç Moskva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Start heyətdə meydana çıxan R.Şeydayev 68-ci dəqiqədə əvəzlənib. O, komandasının qolunun vurulmasında fəal iştirak edib.
Xatırladaq ki, R.Şeydayev bundan əvvəl Çexiya "Sparta"sı ilə yoxlama görüşündə (1:1) oynamışdı.