Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sabah" və "Zirə" yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, "Əlincə Arena"da baş tutan oyunda 8 qol vurulub və "Sabah" 5:3 hesablı qələbə qazanıb."Sabah"ın heyətində yeni transfer Hendrix Eksteyn dubl edib, Emil Qasımov və Cavid Tağıyev hərəyə bir qola imza atıb. Bir topu isə rəqib futbolçu Elvin Camalov öz qapısına vurub.
"Zirə"nin qollarına isə Şafik Tiqrudca, Mfo Kqasvane və İlkin Muradov (penalti) imza atıb.