“Neftçi”nin səfər oyunu CANLI YAYIMLANACAQ

15:40 9 İyul 2019

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Sperantsa” – “Neftçi” görüşü canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, matç CBC Sport kanalında efirə veriləcək. Bu barədə kanalın feysbuk səhifəsi məlumat yayıb: 

 

“İyulun 11-də saat 21:00-da başlayacaq “Sperantsa” – “Neftçi” oyunu CBC Sport kanalında canlı yayımlanacaq! Bu səbəbdən həmin gün saat 20:00-da start götürəcək "Səbail" - "Universitatya Krayova" görüşünü CBC İnternational Tv-də izləyə bilərsiniz”.


Digər xəbərlər

Xəbər xətti