UEFA "Səbail"in oyununun hakimlərini dəyişdi

12:56 9 İyul 2019

Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Səbail” – "Universitatya Krayova” (Rumıniya) oyununa hakimlərin təyinatında dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, matçı əvvəlcədən açıqlandığı kimi Finlandiyadan yox, Maltadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fyodor Zammit olacaq. Ona Dunkan Sultana və Teodor Zammit köməklik edəcək. Dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.

 

Qeyd edək ki, bundan əvvəl qarşılaşmanın baş hakimi Ville Nevalaynen təyin olunmuşdu.

 

Xatıradaq ki, iyulun 11-də "ASCO Arena”da keçiriləcək "Səbail” - "Universitatya Krayova” oyununa  yerli vaxtla saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti