21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, gənclərimiz qarşıdakı iki görüşü “Dalğa Arena”da keçirəcək.Belə ki, yığmamız sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanı həmin məkanda qəbul edəcək.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk turunda səfərdə Lixtenşteynə məğlub olub - 0:1.