“Məğlub olmaq istəmirik” - Roberto Bordin

21:27 10 İyul 2019

 “Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacağı Moldova "Sperantsa"sı ilə oyundan öncə mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, oyuna yaxşı hazırlaşdıqlarını bildirib:

 

“Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq. Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdur. Əlbəttə ki, məğlub olmaq istəmirik. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, Avropa Liqası iki matçdan ibarətdir. Ehtiyatlı davranmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti