Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Ukrayna təmsilçisi “Vorskla” ilə görüşüb və 1:3 hesabı ilə uduzub.Sənan Qurbanovun komandası iyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
11 iyul
“Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 1:3
Qol: Ülvi İsgəndərov, 41
Bolu. “Koru” otelinin meydançası