2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib.
Sportarena.az xəbər verir ki, yerli akademiyanın yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalanıb. Rüfət "Sumqayıt”da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.
Azərbaycanın U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət həmin mövsümün XI turunda "Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura XIV turda "Kəpəz”lə oyunda (3:0) nail olub.
Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.