Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ” – "Partizani” matçının hakimləri açıqlanıb.
Sportarena.az xəbər verir ki, iyulun 17-də keçiriləcək görüşə moldovalı hakimlər briqadası təyin olunub. Belə ki, Dmitri Muntyan baş hakim qismində fəaliyyət göstərəcək.
Bu hakimin yolu 2016-cı ildə iki dəfə Azərbaycan təmsilçisi ilə düşüb. Ancaq hər iki halda təmsilçilərimiz qalib gələ bilməyib. 2013-cü ildən FIFA referisi olan Muntyan ilk dəfə 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət millimizin oyununa təyinat alıb. Sentyabrın 6-da Farer adaları ilə Bakıda keçirilən qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Moldovalı həmin ilin oktyabr ayının 19-da "Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasının I mərhələsində Rusiya "Dinamo"su ilə səfər matçında da fit çalıb. Təmsilçimiz Moskvadakı qarşılaşmada böyük hesabla məğlub olub - 0:5.