Nazim Babayevdən daha bir medal

12:09 15 İyul 2019

Azərbaycan atleti Nazim Babayev İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 

 

Sportarena.az xəbər verir ki, o, 3 təkanla 17,03 metr uzununa tullanıb. 

 

Qeyd edək ki, 22 yaşlı idmançı bundan öncə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti