"Qarabağ"ın yeni transferi Ailton Silva cəza müddətini başa vurub.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani"ylə cavab matçında meydana çıxa bilər.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçuya şans versə, Ailton debütünü reallaşdıracaq.
Ailton Silva 2015/16 mövsümündə "Neftçi”də çıxış edərkən Monteneqro "Mladost”uyla səfər matçında qırmızı vərəqə aldığı üçün UEFA-dan 3 oyunluq cəza almışdı.