"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

12:47 15 İyul 2019

"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, O.Hüseynzadə iyulun 16-da "Valletta" (Malta) - "Düdelanj" (Lüskemburq) komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin cavab matçının UEFA nümayəndəsi olacaq. İlk qarşılaşmada heç-heçə yekunlaşıb - 2:2.

 

Qeyd edək ki, Hüseynzadə "Neftçi”nin prezidenti vəzifəsindən ötən il fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.


Digər xəbərlər

Xəbər xətti