"Azarkeşlərə avtobus ayrılması üçün Bakı Nəqliyyat Agentliyi ilə danışıq aparırıq"- "Qarabağ" rəsmisi

15:00 15 İyul 2019

İyulun 17-də "Qarabağ" "Dalğa Arena"da Albaniya klubu "Partizani" ilə Avroliqanın cavab matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, oyun Bakının mərkəzindən xeyli kənarda Mərdəkanda baş tutacağı üçün həm azarkeşlərin, həm də elə media nümayəndələrinin nəqliyyatla bağlı problemlər yaşayacağı istisna deyil. Üstəlik görüşün 21.00-a təyin edilməsi gediş-gəliş məsələsini bir qədər də çətinləşdirir. Bəs "Qarabağ"ın bununla bağlı planları necədi? Azarkeşlər və mətbuat nümayəndələri üçün nəqliyyat vasitəsinin ayrılacağı gözlənilir?

 

Klubun mətbuat katibi Nurlan İbrahimov Sport7.az-a qısa açıqlamasında bunları deyib: "Azarkeşlərə avtobus ayrılması üçün Bakı Nəqliyyat Agentliyi ilə danışıq aparırıq. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gələcək. Mətbuat nümayəndələri üçün isə bir nəqliyyat vasitəsi olacaq. Metroda gediş-gəlişin rahatlaşdırılması üçün də danışıqlar aparırıq, görək necə olacaq".


Digər xəbərlər

Xəbər xətti