"Neftçi" - "Sperantsa" matçının hakimləri bəlli oldu

14:45 15 İyul 2019

Avropa Liqasında "Neftçi" və "Sperantsa" arasında keçiriləcək I təsnifat mərhələsinin cavab görüşlərinə hakim təyinatları açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, qarşılaşma avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynbergerə Maksimilian Kolbiç və Mixael Nemets yan xətt, Andrea Hayss isə dördüncü hakim qismində yardımçı olacaq. 

 

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti