"Universitatya" - "Səbail" oyununun hakim təyinatları açıqlanıb

16:33 15 İyul 2019

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail" və "Universitatya" komandaları arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, Rumıniyadakı görüş islandiyalı hakimlər briqadasına həvalə olunub.Matçı Helgi Mikael Yonasson idarə edəcək. Onun köməkçiləri Yohann Qudmundsson və Bringeir Valdimarsson olacaq. Dördüncü hakim funksiyasını isə İvar Orri Kristyansson yerinə yetirəcək.
 

Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Universitatya" - "Səbail" oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında paytaxtımızda keçirilən ilk matç təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.  


Xəbər xətti