"Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi Soni Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Haitili futbolçu bundan öncə "Boka Xuiors B” (Argentina), "San Luis B” (Meksika), "Altamira” (Meksika), SRKC (Banqladeş), "Mohun Baqan” (Hindistan) və "Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.