Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə görüşüb.Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşan Sənan Qurbanovun yetirmələri toplanış çərçivəsində son sınağına çıxıb.
Oyun Bakı vaxtı ilə 17:00-da başlayıb. Bu matçla Bolu toplanışını başa vuracaq komanda vətənə dönəcək.
Yoxlama oyunu
17 iyul
17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ” 1-2
Bolu. “Koru” otelinin meydançası