"Qalatasaray" "Fulhem"in futbolçusunu icarəyə götürdü

13:44 17 İyul 2019

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" növbəti transferini həll edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Fulhem" klubunun yarımmüdafiəçisi Jan-Mikael Serini icarəyə götürüb. Fil Dişi Sahili millisinin üzvü "sarı-qırmızılar"da bir il çıxış edəcək.Seri tezliklə İstanbula gələcək və tibbi müayinədən keçib, müqavilə bağlayacaq.

 

London təmsilçisi 27 yaşlı futbolçunu ötən yay "Nitsa"dan 30 milyon avroya transfer edib.


Digər xəbərlər

Xəbər xətti