İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik baş verib.
Sportarena.az xəbər verir ki, yeni mövsümdən etibarən komandaların xalları eyni olsa, turnir cədvəlindəki mövqeylər şəxsi oyunlara görə nəzərə alınacaq. Daha öncə Premyer Liqada komandaların top fərqi əsas götürülürdü.