“Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısıdır. Buna görə bir qədər fərqli matçlar olacaq. Ancaq komandamın yaxşı çıxış edəcəyinə inanıram".
Sportarena.az xəbər verir ki, bu sözləri "Dundalk"ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Qarabağ" haqda danışarkən deyib.
İrlandiya mətbuatına danışan 42 yaşlı mütəxəssis köməkçisi Stiven O`Donnelin Ağdam klubununun "Partizani"yə qarşı Bakıdakı oyunununu stadiondan izlədiyini bildirib:
"Mən isə rəqibin son iki oyunununun videosunu izləmişəm. Əgər biz gedə bilsək, çox yaxşı imkanımız olacaq. Amma "Qarabağ"a məğlub olsaq, mübarizəni Avropa Liqasında davam etdirəcəyik. Özümüzə şans vermişik. Layiq olduğumuz mövqeyə yavaş-yavaş irəliləməliyik. Özümüzü 2016-cı ildəki komanda ilə müqayisə etmək istəmirəm. Fərqli heyətimiz var”.