"Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Gürcüstan "Dinamo” (Tiflis) klubu ilə qarşılaşacaq."Dinamo" I təsnifat mərhələsində Andorranın "Enqordani” klubunu mübarizədən kənarlaşdırıb. Tiflis təmsilçisi ilk oyunda 6:0, səfərdə 1:0 hesablı qələbə qazanıb.
"Qəbələ” və "Dinamo" arasında ilk oyun iyulun 25-də Qəbələ, cavab matçını avqustun 1-də Tiflisdə keçirəcək.
Qeyd edək ki, "Qəbələ" kubokun qalibi olduğu üçün mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu komandalar 2015/16 mövsümündə də qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin duelində "Qəbələ” səfərdə 1:2 hesabı ilə uduzsa da, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.