Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi Latviyanın "Liepaya” klubu səfərdə Belarusun "Dinamo” (Minsk) klubu ilə qarşılaşıb.Komandalar arasında ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. "Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı "Liepaya” cavab görüşündə 2:1 hesablı qələbə qazanaraq mərhələyə adlayıb.
Vüqar Əsgərov da görüşün iştirakçısı olub. Starkov millimizin sabiq forvardını 77-ci dəqiqədə meydana buraxıb.
Qeyd edək ki, "Liepaya” II təsnifat mərhələsində İsveçin "Norçöpinq” klubu ilə qarşılaşacaq.