"Arsenal" - "Neftçi" oyunu 34 yaşlı hakimə tapşırıldı

13:38 20 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal” (Tula, Rusiya) - "Neftçi” (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA matçı Albaniyadan olan hakimlər briqadasına tapşırıb.Görüşü 34 yaşlı FIFA referisi Enea Yorqyi idarə edəcək. Ona Ridiger Çokay və İlir Tartaray yardımçı olacaq. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək.

 

Matçın UEFA nümayəndəsi belaruslu Sergey İliç, hakim-inspektor isə qazaxıstanlı Pavel Saliy olacaq.

 

Qeyd edək ki, iyulun 25-də "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” - "Neftçi” oyunu Bakı vaxtı ilə saat 20.30-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti