Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində II təsnifat mərhələsinin 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.Bundan başqa, ölkəsində çempion olmayan klublar Liqa yolunda rəqiblərini tanıyıblar.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
"Saburtalo" (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün qalibi
"Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün qalibi
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Viktoriya” (Çexiya)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi
“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya)/“Bazel” (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-14-də baş tutacaq.