Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” və “Qəbələ”nin III raunddakı potensial rəqibləri bəlli olub.II mərhələdə qarşılaşacaq “Arsenal” (Rusiya) - “Neftçi” cütünün qalibi III raundda “Bney Yehuda” (Tel-Əviv, İsrail) ilə üz-üzə gələcək.
Mübarizəyə II mərhələdən başlayan “Qəbələ” Gürcüstan təmsilçisi “Dinamo”nu keçsə, Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.