Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Dandolk” klubuyla görüşəcək "Qarabağ” bu gün ölkəni tərk edib.
Sportarena.az xəbər verir ki, Ağdam klubu günortadan sonra çarter reysi ilə səfərə çıxıb. Qurban Qurbanovun komandasını İrlandiyanın paytaxtı Dublinə 6-7 saatlıq uçuş gözləyir.
Qeyd edək ki, iyulun 24-də keçiriləcək "Dandolk” – "Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.