"Arsenal" - "Neftçi" matçınA böyük maraq - BİLETLƏR TÜKƏNMƏK ÜZRƏDİR

15:50 23 İyul 2019

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rusiyanın "Arsenal" klubunun qonağı olacaq.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmaya maraq böyükdür. "Arsenal" stadionunda baş tutacaq oyun üçün satışda 1683 bilet qalıb. Stadionun azarkeş tutumu isə 19 min 241 nəfərdir.Tezliklə satışda qalan biletlərin də satılacağı ehtimal olunur.

 

"Arsenal" - "Neftçi" oyunu iyulun 25-i, Bakı vaxtı ilə 21:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti