“Neftçi”nin “Arsenal”la oyunları canlı yayımlanacaq

19:13 23 İyul 2019

"Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin Rusiyanın "Arsenal” (Tula) klubu ilə keçirəcəyi görüşlər "CBC Sport” vasitəsilə nümayiş olunacaq.Azarkeşlər iyulun 25-i "Arsenal” mərkəzi stadionunda, avqustun 1-i isə "Bakcell Arena”da baş tutacaq izləyə biləcəklər.

 

Qeyd edək ki, hər iki matç saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti