“Bizim üçün ağır səfər idi” - Qurban Qurbanov

09:20 25 İyul 2019

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dandolk”la keçirilən qarşılaşmanı şərh edib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmada futbolçularından razı qaldığını bildirib:

 

“Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər etdik. Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik”.

 

Qeyd edək ki, komandaların cavab görüşü 1 həftə sonra “Dalğa Arena”da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti