Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran Prisi başa çatıb.
Sportarena.az xəbər verir ki, azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin qalibi olub. 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı məğlub edib - 4:3.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu.
FIDE Qran Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodu.