"İnanmıram ki, klub tam dağılsın".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.O, klun dağılmasını gözləmədiyini bildirib: "Belə bir gözləntim yoxdu. Bu haqda fikirləşmək də mənim üçün çox ağırdı. Belə bir infrastruktur, akademiyanın dağılması faciəvi olar. İnanmıram belə şey olsun. Komandanın yaşaması üçün nə lazımdısa, mən etməyə hazıram".
Fariz Nəcəfov sabiq prezident Tale Heydərovun klubdan nəzarətini çəkmədiyini bildirib: "Bu oyunla bağlı da epizodlar barədə yazırdı. Diqqəti klubdadı. Necə ola bilər ki, illər ərzində qurduğun bir şeydən birdən diqqətini çəkəsən".
Klub prezidenti bildirib ki, gələcəkdə "Qəbələ”nin yenidən iddialı olmasına ümidi var: "Bununla yekunlaşdırmaq olmaz. Tale müəllim klubu yaratdı, maliyyə ayırdı, ancaq o demək deyildi ki, həmişə eyni cür davam edəcək. Əvvəl büdcə yuxarı idi, ona uyğun da komanda var idi. İndi çalışırıq ki, az büdcə ilə yaxşı iş görək. Gələcəkdə daha yaxşı ola bilər".