"Nəticədən və oyundan razıyıq" - Roberto Bordin

10:09 26 İyul 2019

"Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu". 

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis bildirib ki, futbolçuların oyuna yanaşmasında razı qalıb: "Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibi orta xəttə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçuçardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm".


Xəbər xətti