"Arsenal"ın baş məşqçisi: "Neftçi"nin yaratdığı pressinqdən qurtula bilmədik"

11:01 26 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Neftçi"yə 0:1 hesabı ilə uduzan "Arsenal"ın baş məşqçisi İqor Çerevçenko mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 44 yaşlı tacikistanlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

"Bir çox şey işə yaramadı. "Neftçi"nin bizə ilk dəqiqələrdən yaratdığı pressinqdən qurtula bilmədik. Bundan əlavə, futbolçularımızı bağladılar. Bu oyunu uduzduq, amma cavab matçı da var. 0:0 bitsəydi, cavab matçında qol vurmadan necə keçə bilərdik? Bu hesab da elə bir şeydir. "Neftçi" müdafiədə çox yaxşı oynadı. Azarkeşlərə təşəkkür edirəm. Təəssüf ki, onları məmnun edə bilmədik. "Neftçi" hər il avrokuboklarda çıxış edirsə, bizim debütümüz idi".


Xəbər xətti