“Tokio-2020” üçün daha 25 lisenziya xalı

11:21 26 İyul 2019

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb.

 

Sportarena.az xəbər verir ki, Afrikaya Eçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan yığma komandamız "Tokio-2020" Yay Olimpiya Oyunları üçün ölkəmizin reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib.

 

Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Elçin Əsədov iki gün sonra “Trophée de l'Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalı əldə edib.

 

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Trophée de la Maison Royale” turunu da uğurla başa vurub. Belə ki, 140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Elçin fotofinişə əsasən fəxri kürsünün 3-cü pilləsinə qalxıb və 25 xal qazanıb.

 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti