Formula 1 Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilə bilər

15:55 26 İyul 2019

Gələn il Formula 1 Azərbaycan Qran Prisi iyunda keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə bildirib.Nazir deyib ki, hələ yarışın yeni təqvimi açıqlanmasa da, böyük ehtimalla 2020-ci il iyunun 5-7-də keçirilməsi təsdiqlənəcək.

 

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi son üç ildə Bakıda aprelin ortalarında keçirilib.


Digər xəbərlər

Xəbər xətti