Cüdoçumuz EYOF-da qızıl medal qazandı

18:02 26 İyul 2019

Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir. 

 

Sportarena.az xəbər verir ki, fərdi yarışların son günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar. Belə ki, +90 çəki dərəcəsində mübarizə aparan Hüseyn Məmmədov bütün rəqiblərinə qalib gələrək Olimpiya Festivalının qızıl medalına sahib olub. Cüdoçumuz Almaniya, Yunanıstan, Moldova və Rusiya idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

81 kq çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyev isə bürünc medala layiq görülüb. Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da fərdi yarışlarda aktivinə 6 medal yazdırıb. 

 

Qeyd edək ki, yarışların ilk iki günündə Turan Bayramov qızıl, Vüqar Talıbov gümüş, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb. 


Digər xəbərlər

Xəbər xətti