Türkiyə millisinin futbolçusu Emre Morun anası Güzela Bekirova evlənib.
Sportarena.az xəbər verir ki, o, makedoniyalı iş adamına ərə gedib.Türkiyə mətbuatının yaydığı xəbərə görə, Emre Mor anasının İstanbulda baş tutan toyunda iştirak etməyib. Buna səbəb futbolçunun anası ilə soyuq münasibətdə olması göstərilir. Buna baxmayaraq, Güzela Bekirova toyunda xeyli şən görünüb.