Cüdo üzrə millimizin festivalda mübarizəsi başa çatdı

17:07 27 İyul 2019

XV Avropa Gənclər Olimpiya Festivalının sonuncu günündə cüdo üzr qarışıq komanda yarışlarında mübarizə aparan Azərbaycan yığması bürünc medal şansını əldən verib.

 

Sportarena.az xəbər verir ki, ilk görüşdə Gürcüstan seçməsinə məğlub olan komandamız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Cüdoçularımız əvvəlcə Hollandiya yığmasına 4:2 hesabı ilə qalib gəliblər. Yığmamızın heyətində mübarizə aparan Səbinə Əliyeva (48 kq) İndi Qodulçaka ipponla, Aytac Qardaşxanlı (63 kq) Yoanne Leişot Vana vazari xalı ilə qalib gəlib. Nərmin Əmirli (+63 kq) isə Yael Geertruida Van Heemstə uduzub. Oğlanlardan isə Vüqar Talıbov (81 kq) Lan Herk Vanı, Hüseyn Məmmədov (+90 kq) Aksen Hereni ipponla məğlub ediblər. Turan Bayramov (60 kq) isə vazari xalı sayəsində Laurens Vilyamsdan üstün olub.

 

Lakin komandamız növbəti görüşdə İtaliya yığmasına 3:4 hesabı ilə uduzaraq gümüş medal qazanmaq şansını əldən verib. Oğlanların mübarizəsində Məhərrəm İmamverdiyev (81 kq) Luici Çentraçionu ipponla, Hüseyn Məmmədov Cean Karlettini vazari xalı ilə məğlub ediblər. Qızların yarışında isə Səbinə Əliyeva Karlotta Avanzatonu ipponla məğlubiyyətə uğradıb. Turan Bayramov Vinçenzo Skenderiyə, Nərmin Əmirli Erika Simonettiyə, Aytac Qardaşxanlı isə əvvəlcə Antonietta Palumboya, daha sonra Veronika Tonioloya uduzublar.

 

Beləliklə, cüdo üzrə Azərbaycan millisinin qarışıq komanda yarışında mübarizəsi başa çatıb.


Digər xəbərlər

Xəbər xətti